26 İyul 2020 20:10
1 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbs olunan kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamı Tofiq Qaranizadə həbsdən azad olunması üçün apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, şikayət araşdırılması üçün hakim Rəşad Abdulovun icraatına verilib.

Şikayətə sabah baxılacağı gözlənilir.

Qeyd edək ki, bu ilin iyulun 16-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Tofiq Qaranizadənin barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Tofiq Qaranizadənin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham elan eidlib.

İstintaq tədbirləri davam etdirilir.

Tofiq Qaranizadə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamıdır. O, bir neçə il bundan əvvəl Bakıda "Bulaq" restoranında kriminal avtoritetlər arasında baş verən atışmada iştirak etdiyi üçün tutulub.

Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilən Tofiq Qaranizadə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər