3 Avqust 2020 14:51
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağayev həbs edilib.

Ondan 6 qrama yaxın tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə əlavə 1 kiloqram 185 qram tiryək götürülüb.


Müəllif: Hacı Zeynalov