Bu ilin yarım ili ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 438 (+14), o cümlədən ağır və xüsusilə ağır cinayət törətmiş 103 (+25) kriminal qrup zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Məlumata görə, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 86 (+21) nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb.
Müvafiq fəaliyyət çərçivəsində müxtəlif cinayətlər törətmiş 6765, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1140 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib.