Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb. Saray qəsəbə sakini Məcid Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Rəna İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov