24 Avqust 2020 15:49
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Məharət Mustafayevin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

13:48

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev məhkəməyə gətirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində həmin şəxslər barəsində istintaq orqanının təqdimatlarına baxılacaq.

Məharət Mustafayevlə bağlı təqdimata baxılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.

Bundan başqa, Əli Rüstəmovun barəsində isə həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat hakim Vüqar Məmmədovun icraatına veilib.

Yaxın vaxtlar da hər iki təqdimata baxılacağı gözlənilir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib.

Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev saxlanılıb.

Məharət Mustafayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətləridən sui istifadə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 314-2.1-ci (ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddələri ilə ittiham elan edilib.

Əli Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar rüşvət alma), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 308.2-ci (vəzifə səlahiyyətləridən sui istifadə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 314-2.1-ci (ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov