Ermənistanın paytaxtı İrəvanda yerləşən “Astxik” klinikasının həyətində meyit tapılıb.
Teleqraf.com xəbər verir ki, meyiti tapılan naməlum şəxs odlu silahdan açılan atəşlə qətlə yetirilib. Şahidlərin məlumatına görə, daha bir nəfər yaralı vəziyyətdə tibb mərkəzindədir.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.