8 Sentyabr 2020 11:23
2 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada mühacirətdə olan hüquqşünas Qurban Cəlal oğlu Məmmədovun barəsində cinayət işi başlanıb.

Teleqraf.com-un xəbərinə görə, Baş Prokurorluq tərəfindən onun barəsində Cinayət Məcələsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəri ilə ittiham elan edilib.

İstintaq orqanı Qurban Məmmədovun barəsində həbsli axtarış elan edilməsi üçün Nəsimi rayon Məhkəməsinə təqdimat verib.

Təqdimata hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb və təmin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər