17 Sentyabr 2020 11:34
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda yaşayan paytaxt sakini Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb. Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyən edilərək sahibinə qaytarılıb. Zaur Fətəliyev ifadəsində qeyd edilən nəqliyyat vasitəsini talamaq məqsədi ilə yox, idarə etmək üçün qaçırdığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir


Müəllif: Teleqraf.com