22 Sentyabr 2020 23:14
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada yeniyetmə oğlan intihar edib.

Teleqraf.com xəbər verir ki, rayonun Rustov kənd sakini – 2004-cü il təvəllüdlü Ülvi Rüfət oğlu Mustafayev Püstəqasım kəndində Sultan Yəhyayevin həyət evində özünü asıb.

Məlumata görə, intihar edən yeniyetmə Hacağalar kənd sakinidir. O, Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin həyətdəki tut ağacından asılmış vəziyyətdə görüblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər