Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İlham Mirzəyev bu ilin aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov