Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Zərdabi prospekti, 87 saylı ünvanın qarşısında qeydə alınıb. 1967-ci təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 70-75 yaşında olan kişini vurub.
Naməlum piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, kişi aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov