Cəlilabad şəhər sakinləri spirtli içkidən zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 15-də Cəlilabad şəhərində qeydə alınıb. Şəhər sakinləri Həmid Nəsirov, Aqil Əliyev və Orxan Nəsirov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
İlkin məlumatlara əsasən onlar toy məclisində içdikləri spirtli içkidən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov