10 saylı cəzaçəkmə müəsisəsində də əfv fərmanı icra edilib.
Teleqraf.com xəbər verir ki, Pentensiar xidmətin rəhbəri Mirsadıq Seyidov akt zalında keçirilən tədbirdə bildirib ki, 783 saylı əfv sərəncamı müəssisədə cəza çəkən 10 məhkuma şamil edilib.
Dövlət himni səsləndiriləndən sonra 10 məhkuma əfv bülleteni verilib.
Onlardan biri Pakistan vətəndaşı Zadə Əmir Şeyxdir. O, Cinayət Məcəlləsininnin 234-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 4 ilini çəkəndəndən sonra əfv olunub. Zadə ailəsinin Pakistanda yaşadığını və azadlığa çıxan kimi ora gedəcəyini bildirib. Pakistan vətəndaşı əməlindən peşman olduğunu və bir də cinayət törətməyəcəyinə söz verib.
10:45
Artıq 7 saylı ciddi rejimli cəzaçəkmə müəsisəsində 2 məhkum azadlığa buraxılıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Pentensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilov bildirib.
O, deyib ki, əfv sərəncamı ilə azadlığa buraxılan məhkumların içəridə kifayət qədər düşünməyə vaxtları olub: "Bundan sonra onlar Azərbaycan xalqının nümayəndəsi kimi quruculuq işləri görəcək və cinayət törətməyəcəklər. Hər iki məhkuma əfv bülleteni verilib".
4 saylı cəzaçəkmə müəsisəsində isə 2 qadın əfv sərəncamı ilə azadlığa buraxılıb. Hər iki qadın dəzəduzluq maddəsi ilə həbs edilib.
Əfv olunan İlqar Nəsurullayev və Aqşin Adıgözəlov humanist addıma görə prezidentə təşəkkürünü bildirib. Onlar bir də cinayət törətməyəcəyini bildirib.
09:25
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında sərəncamının icrasına başlanıb.
Teleqraf.com xəbər verir ki, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 80 nəfərə şamil edilib.
Əfv sərəncamı ilə “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar.
Prezidentin əfv sərəncamı həmçinin 5 nəfər xarici ölkə vətəndaşına da şamil edilib. Türkiyə vətəndaşı Bektaş İlbeyi Yusuf İzzetin oğlu, İran vətəndaşları İmrahi Tohid Əli oğlu və Məhəmmədzadə Səid Müştəba oğlu, Gürcüstan vətəndaşı Naibov Cəlal Camal oğlu və Pakistan vətəndaşı Zada Amir Sher əfv olunublar. Ölkə başçısının son sərəncamı ilə azadlığa çıxanlar arasında 3 nəfər qadın da var.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 84 nəfərə şamil olunub.
Hacı Zeynalov
Foto: Elçin MURAD