19 Oktyabr 2014 03:07
9 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orqanizmdə yaratdığı ani rahatlıqdan başqa nizamlı seks həyatının sağlamlığımız üçün mühüm faydaları var. Teleqraf.com-un araşdırmalarına söykənən bu məqaləmizdə seksin insan sağlamlığına 6 önəmli faydasından danışacağıq.

Ürəyi möhkəmləndirir

Cazibədar bir qadınla göz-gözə gəldiyiniz zaman ürək atışlarınız sürətləndirir. Həmin qadınla eyni yataqda olmaq isə qəlbinizə daha müsbət təsir göstərir. Amerikan kardioloji dərnəyinin apardığı araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, həftədə iki dəfə sekslə məşğul olan kişilərin digər həmcinslərinə nisbətən ürək xəstəliklərilə qarşılaşma riski 45 faiz daha aşağıdır.

Seks stresi azaldır

West Scotland Univeritetinin araşdıması nəticəsində seksin stres hormonlarını azaldaraq mental problemlərlə daha rahat mübarizə aparmağa kömək etdiyi bəlli olmuşdur. Nizamlı bir cinsi həyat həmçinin qan təzyiqinin normal vəziyyətdə olması üçün də faydalıdır.

Seks prostat xərçəng riskini azaldır

Amerikan xərçəng üzrə milli araşdırmalar institunun 30.000 orta yaşlı kişi ilə apardığı araşdırma nəticəsində həftədə 5 dəfə cinsi boşalma yaşayan kişilərin prostat xərçənginə yoluxma riski 33 faiz daha azdır.

Seks imunitet sisteminizi gücləndirir

Həftədə ən az iki dəfə sevişmək yalnız münasibətinizi deyil, həmçinin immunitet sisteminizi də gücləndirir. Wilkes Universitetinin apardığı araşdırmalara əsasən həftədə ən az bir dəfə sevişmək kişilərin vücudunda imuniteti gücləndirən protein ifrazını 30 faiz artırır.

Seks çəki atmağınıza kömək edir

Libidonuzun artması belinizin incəlməsinə səbəb olacaq. Seks vücudda phenetylamine adlı iştah gətirən təbii amfetaminin ifrazını artırır, lakin bu zaman sizin iştahanız yeməyə qarşı deyil, tərəf müqabilinizə qarşı artır. Bunun faydasını izah etmək üçün isə təkcə onu deyə bilərik ki, 30 dəqiqəlik seks 300 kalori itirməyinizə səbəb olur.

Seks daha yaraşıqlı görünməyinizə kömək edir

Seksdən sora yaranan parıltılı gözəllik yalnız qadınlara xas deyil. Royal Edinburgh xəstəxanasının araşdırmalarına görə, nizamlı və sağlam cinsi həyat bir kişinin ortalama olaraq, öz yaşından 7 yaş daha cavan görünməsinə səbəb ola bilər. Seks oxytocin və beta-endorfinlər kimi anti-enflamatuarların dəridə dövranını sürətləndirir. Bu da sizin olduğunuzdan daha gənc görünməyinizə səbəb olur.


Müəllif:

Oxşar xəbərlər