Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Rəşad Mirzəyev naməlum şəraitdə bıçaqlanıb. O, qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Rəşad Mirzəyevin kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov