22 Yanvar 2021 10:43
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qohumuna təcavüzdə ittiham olunan 1979-cu il təvəllüdlü Zaur Əbdülkərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə paytaxtın Biləcəri qəsəbəsində baş verib.

Zaur Əbdülkərimov qohumu, 2011-ci il təvəllüdlü Səmayə Vəliyevanın (ad və soyad şərti verilib – red.) köməksiz vəziyyətindən istifadə edib, onu döyməklə hədələyib.

Daha sonra azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. O bu hərəkətlərini bir neçə dəfə təkrarlayıb.

İstintaq orqanı tərəfindən Zaur Əbdülkərimovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Əbdülkərimov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zaur Əbdülkərimov əvvəlcə apelyasiya şikayəti, daha sonra isə kasasiya şikayəti verib. O, şikayətində törətdiyi əməldən peşiman olduğunu bildirib.

Qeyd edib ki, zərərçəkmiş şəxs tərəfindən ona qarşı heç bir şikayət yoxdur. Cəzaçəkmə müəssisəsində olması ilə əlaqədar onun ailəsinin vəziyyəti olduqca ağırdır. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Zaur Əbdülkərimovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Zaur Əbdülkərimov kasasiya şikayəti versə də, kasasiya şikayəti də təmin edilməyb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər