23 Oktyabr 2014 23:10
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Sudanda bir qrup fəallar "seksual tətil" keçirməyi təklif edib. Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, tətil zamanı qadınlar ölkədə müharibə bitməyənə qədər arvad borcundan imtina etmiş olacaq.

Belə bir təşəbbüslə 90 yaşlı sudanlı qadın, o cümlədən Cənubi Sudan parlamentinin üzvləri çıxış ediblər.Bundan sonra parlament üzvləri sülh və barışığın əldə olunması yollarını müzakirə ediblər.

Qeyd edək ki, 2011-ci ilin iyulundareferendumun yekunlarına əsasənmüstəqilliyini elan edən Cənubi Sudanda 2013-cü ilin dekabrından dinka və noer xalqları arasında qarşıdurmalar yaşanır.

BMT-nin məlumatına görə, toqquşmalar zamanı minə yaxın ölkə vətəndaşı həlak olub. Sudanda"Seksual tətil" keçirmək cəhdi artıq ilk hal deyil olub. Belə ki, 2002-ci ildə bu təkliflə Sudan universitetinin sabiq müəlliməsi Samirə Əhməd də çıxış edib.

Samir


Müəllif:

Oxşar xəbərlər