24 Oktyabr 2014 15:48
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub və düşərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş sərnişini - Gəncə şəhər sakini Fikrət İsmayılov ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər