9 Fevral 2021 09:59
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda koronovirus epidemiyası yaymaqda ittiham olunan Mayıl Qüddəsərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlqar Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin olunub.

İttihama görə, İsmayıllı rayon sakini koronavirus infeksiyasına yoluxan Mayıl Qüddəsərova evdə müalicə təyin edilsə də, o icazəsiz olaraq yaşayış yerini tərk edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarət tədbirləri nəticəsində Mayıl Qüddəsərov ictimai yerdə aşkar edilərək evinə qaytarılıb.

İstintaq orqanın Mayıl Qüddəsərovun barəsində Cinayət Məcəlləsinin 139 -1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov