Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Rəsulzadə qəsəbəsi Azadlıq küçəsində yaşayan Anar İmanovun evindən bijuteriya oğurlanıb. Anar İmanov polisə şikayətində bildirib ki, oğurluq hadisəsini evinə gəlib-gedən Leyla adlı tanışı törədib.
Binəqədi rayon Polis İdarəsinin 4-cü və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Leyla Abdullayeva tutulub.
Hacı Zeynalov