Bakının Nərimanov rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Asəf Şirinovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Daewoo” markalı 82 saylı xətt avtobusunun sürücüsü, Qax rayon sakini Sərxan Eyvazlı olması müəyyən edilib.
Sərxan Eyvazlı tutularaq məsuliyyətə cəlb edilib.
Hacı Zeynalov