27 Oktyabr 2014 14:58
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümündə, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Ehtiram Müzəffərlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin iyunun 27-də Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qobu qəsəbə sakini Etiram Müzəffərli idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə yolu keçmək istəyən Fərhad Nuriyev və onun həyat yoldaşı Səbinə Əməşovanı vurub. Qəza zamanı hamilə qadın dünyasını dəyişib. Onun həyat yoldaşı ağır bədən xəsarətləri ilə 1saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ehtiram Müzəffərli 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər