10 Mart 2021 10:57
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1 700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrafil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı RPŞ-də cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər