12 Mart 2021 15:33
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərov və onunla birlikdə həbs olunan – Malik Nəsirov, Qabil Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 6-na təyin olunub.

İttihama görə, Pərviz İsgəndərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Pərviz İsgəndərovla birlikdə Malik Nəsirov və Qabil Ələsgərov saxlanılıb.

İstintaq orqanı tərəfindən Pərviz İsgəndərov, Malik Nəsirov və Qabil Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər