Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İraq vətəndaşı Ezzat Ahmed Khalid Ezzatın barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxsin vəkili Əli Hüseynovun şikayəti təmin olunub.
Ezzat Ahmed Khalidin barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakının Nəsimi rayonunda, Vaqif küçəsi, 5 ünvanında baş verib.
İraq vətəndaşı olan turist kirayə götürdüyü 90-AU-667 dövlət qeydiyyatı nişanlı, KİA markalı minik maşını ilə yolu keçən 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlunu vurub.
1 saylı Klinik Tibbi Mərkəzə aparılan yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan azyaşlı ölüb.
Ezzat Ahmed Khalid Ezzata Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.