Tərtər rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini Seymur Şəmiyev idarə etdiyi “VAZ-2163” markalı avtomobillə yolu keçən həmkəndlisi Xaləddin İmanovu vurub. Piyada xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov