29 Mart 2021 10:25
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 28-də saat 18 radələrində Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Qobustan rayon Prokurorluğundan bildirilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən hadisədən sonra Elnur Rüstəmov özünə bıçaqla xəsarətlər yetirmiş və hazırda o, Şamaxı rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.

Faktla bağlı Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər