1992-ci il təvəllüdlü Oğuz rayon sakini Pərvin Lətifov həmkəndlisi Röyal Abdullayevi bıçaqlayıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə Oğuz rayonunun Qumlaq kəndində baş verib.
Pərvin həmkəndlisi, Pərvin Lətifov 1990-cı il təvəllüdlü Röyala özündə olan bıçaqla qarın nahiyəsinə bir dəfə zərbə vurub.
İstintaq orqanı tərəfindən Pərvinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Röyal Abdullayev bildirib ki, 2020-ci ilin fevral ayında dostu Baba ilə söhbət zamanı Pərvinlə Tünzalə arasında münasibət olduğundan şübhələndiyini deyib: “Hadisə baş verən günü, saat 21.50-də Baba mənim telefonuma zəng etdi, harada olduğumu məndən soruşdu.
Babaya Qumlaq kəndinin aşağı hissəsində Əlican çayının kənarında olduğumu dedim. O da mənə həmin yerdə gözləməyimi və mənimlə görüşməli olduğunu dedi. Həmin vaxtdan 10 dəqiqə sonra Baba Pərvinlə birgə mənim olduğum yerə gəldi. Bu vaxt Pərvin mənə sözü olduğunu bildirərək kənara çəkdi. Məndən Tünzalə ilə münasibəti olması barədə Babaya danışıb-danışmadığımı soruşdu. Mən də Pərvinə Tünzalə ilə münasibəti olduğunu Babaya danışdığımı dedim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Pərvin əlindəki bıçaqla onun qarın boşluğuna bir dəfə vurub: “Qarnımdan qan gəldiyini gördüm, yaxınlıqda dayanan traktora tərəf qaçdım. Pərvin isə arxamca gələrək əlindəki bıçaqla sağ qoluma xəsarət yetirdi. Orxan və Baba məni traktora əyləşdirərək Oğuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Şəki rayon Mərkəzi xəstəxanasına apardılar”.
Pərvin bildirib ki, hazırda ona dəymiş ziyan tamamilə ödənilib: “Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pərvin zərərçəkmişlə barışdığını, əməlindən peşman olduğunu qeyd edib.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılıb. Pərvin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.