ABŞ-da İndianapolisdən Çikaqoya hərəkət edən qatar yük maşını ilə toqquşub, nəticədə 14 nəfər xəsarət alıb.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, xəsarət alanların hamısı Amtrak dövlət şirkətinə məxsus qatarın sərnişinləridir. Məlumata görə, zərbədən yük maşının iki hissəyə bölünməsinə baxmayaraq, sürücü xəsarət almayıb.
Qatarda, ümumilikdə, 56 sərnişin və 3 maşinistin olduğu bildirilir. Onlar hadisə yerindən avtobuslarla təxliyə edilib.