Quba rayonunda yaşayış evində əxlaqsızlıq yuvası aşkar olunub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Amsar kənd sakini Tural Sultanov tutulub. Onun gəlir əldə etmək məqsədi ilə evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov