Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Yeniabad kəndində qeydə alınıb. Kənd sakinləri Elmar Əliyev, Vüqar Hüseynov və onun qardaşı Valeh mübahisə edib. Mübahisə zamanı onlar biri-birilərinə bıçaqla xəsarət yetiriblər. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov