29 Oktyabr 2014 16:56
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Tovuz rayonunda kütləvi zəhərlənmə baş verib.

Teleqraf.com xəbər verir ki, şam yeməyi zamanı 7 nəfərlik ailə üzvləri pomidor turşusundan zəhərlənib.
Bu səbəbdən təcili olaraq ailə başçısı Xəqani Yusifov özü də daxil olmaqla həyat yoldaşı Xalidə, qızları 16 yaşlı Ayşə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 4 yaşlı Aidə Yusifova və oğlu 9 yaşlı Qismət Yusifov Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Zəhərlənənlərə yardım göstərən həkimlər Xalidə Yusifova istisna olmaqla ailənin digər üzvlərinin vəziyyətini kafi qiymətləndirir.

Həkim 14 yaşlı Aygün Yusifovanın da vəziyyətini orta ağır qiymətləndirir. Xəstələrin müalicəsi davam etdirilir.

Evin xanımı isə yedikləri turşunu özü hazırladığını və turşuya heç bir kimyəvi məhlul qatmadığını deyir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər