Siyəzən rayonunda intihar hadisəsi baş verib.
Siyəzən rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Azər Həşimov yaşadığı evdə özünü asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov