Bakının Nəsimi rayonunda dələduzluq faktının üstü açılıb. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edən Beyləqan rayon sakini Fərhad Məmmədov tutulub.
Fərhad Məmmədov Ramal Babayevin 1000 manat, Araz Kazımovun 900 manat, Bəhruz Nuriyevin 900 manat, Nazim Əzimzadənin 2700 manat, Natiq Həsənovun 4000 min manatını mənimsəyib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov