Ankaranın Keçiören mahalında sevgilisini və bacısını döyərək, hadisənin görüntülərini sosial mediada paylaşan gənc və onun yoldaşları həbs edilib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, gənc oğlan sevgilisinin onu aldatdığını bildirib.
Polis sevgilisini döyən H.K., onun dostu D.V. və 18 yaşında bir gənci həbs edib.
Şübhəlilər ifadələri alınmaq üçün Ankara Təhlükəsizlik İdarəsinə gətirilib. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
Nihad