3 Noyabr 2014 15:12
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinaytkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Taleh Nəcəfov həbs edilib. Ondan 1,99 qram marixuana götürülüb.

Taleh Nəcəfovun Yeni Günəşli qəsəbəsindəki kirayədə yaşadığı mənzilə baxış keçirilib. Keçirilən baxış zamanı mənzildən 1 kiloqram 265 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: