4 Noyabr 2014 17:22
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, şəhər sakini Vilayət Cabbarov münaqişə zəminində həmyerlisi Şahin Hüseynovu bıçaqlayıb. Şahin Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vilayət Cabbarov tutulub. O, ilkin dindirilmə zamanı törətdiyi cinayət etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: