5 İyul 2021 14:15
7 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda 1990-cı il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində həyat yoldaşı Sevilə (ad şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Vüsal Yevlax şəhəri, R.Balakişiyev küçəsində kirayədə yaşadıqları evdə həyat yoldaşı Sevili döyüb.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2017-ci ildə Yevlax şəhər sakini Sevil ilə ailə həyatı qurub: “Birgə nikahımızdan bir qız övladımız dünyaya gəlib. Evləndikdən sonra Sevil ilə normal ailə həyatımız olub, heç vaxt aramızda mübahisə olmayıb. Hadisə baş verən günü Sevil evdə olan zaman sabah iş yoldaşının toyuna getmək üçün icazə istədi. Mən də ona icazə vermədiyim üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Sevil mənə cavab qaytararaq nalayiq sözlər dediyi üçün əlim ilə üzünə vurdum”.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər