Binəqədi rayonunda Ceyhun Ələsgərov və onun nişanlısı Yusifə Mirzəyevanın dəm qazından boğulması ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq , ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Gənclərin üzərindən zorakılıq əlamətinin tapılması ilə bağlı məlumatlar da təsdiqini tapmayıb.
Prokurorluqdan bildiriblər ki, gənclərin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar olunmayıb. İş üzrə məhkəmə tibbi ekspertizası təyin edilib, istintaq tədbirləri davam etdirilir.
Məlumata görə, Ceyhun Əsgərov və Yusifə Mirzəyevanın dini kəbinləri olub. Yusifə Mirzəyevanın ailəsi olmayıb. Onun valideynləri bir neçə il əvvəl vəfat edib. Bir il əvvəl isə Ceyhun Əsgərovla Yusifə Mirzəyeva bir evdə yaşamağa başlayıb.
***
Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri, 1990-cı il təvəllüdlü Ceyhun Ələsgərov və onun nişanlısı, 1992-ci il təvəllüdlü Yusifə Mirzəyeva dəm qazından boğulublar. Hadisə Ceyhun Ələsgərovun evində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov