Bakının Nizami rayonunda dələduzluq faktı aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Azər Abdullayev tutulub.
Azər Abdullayev oktyabrın 24-də Namiq Niftəliyevin etimadını qazanaraq onun 17000 manatını alıb. O, həmin məbləğdə pulu mənimsəyib. Namiq Niftəliyev polisə şikayətindən sonra cinayət işi başlanıb.
Hacı Zeynalov