25 Avqust 2021 12:12
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba rayon polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Peyman Qədirli və Allahmurad İsmayılov saxlanılıblar.

Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və heroin aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Leçirilən əməliyyat tədbiri nəticəsində rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb.

Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarım tikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Araşdırma zamanı X.Həsənovun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış məqsədilə mart ayında becərdiyi məlum olub.

Faktlarla bağlı istintaq aparılır.


Müəllif: Hacı Zeynalov