Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə axtarışda olan rayonun Zümürxan kənd sakini, əvvəllər məhkum olunmuş Taryel Aslanov saxlanılıb.
Onun evinə baxış keçirilən zaman külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin və heroin aşkar edilib.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam etdirlir.