Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində sabiq deputatın oğlu Şaiq Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmə noyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Xətai Rayon Məhkəməsinin keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib.
Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı “irəliləyiş” olmayıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.
Şaiq Hüseyn keçmiş deputat Şadman Hüseynovun oğludur.
Hacı Zeynalov