25 Sentyabr 2021 09:23
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Seymur Şiriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlkin Abdullayevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu il iyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kəndində qeyd alınıb. Kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Şiriyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Seymur Şiriyevin barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər