Zərdab rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafael Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhərrəm Aslanov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin martın 1-də, saat 10 radələrində Zərdab rayon ərazisində 1968-ci il təvəllüdlü İsrəfilova Rəhilə Şahvələd qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri - 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.