Avstriyanın Vyana şəhərində 26 yaşlı ata iki yaşlı qızına cəza vermək üçün vannaya isti suyu açınca uşağının ölümünə səbəb olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki həftə əvvəl baş verən hadisədən sonra Vyana xəstəxanasına çatdırılan kiçik qız 10 noyabrda həyatını itirib.
Polis tərəfindən həbs olunan ata ifadəsində, "Qızımı tərbiyə etmək istədim. Vannaya soyuq su yerinə səhvən isti suyu açdım "deyib.
Prokurorluq insafsız atanın işgəncə ilə öldürmə ittihamı ilə mühakimə olunacağını bildirib.
Rüstəm