12 Noyabr 2014 01:19
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Masallı və Gəncədə yanğın hadisəsi qeydə alınıb. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Sərçuvar kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 kv. m olan ikimərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

Nəticədə evin (hər mərtəbəsi 110 kv.m) 2-ci mərtəbəsində 2 otağın, dəhlizin və dam örtüyünün yanar konstruksiyaları 90 kv. m sahədə yanıb. Evin qalan hisəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Gəncə şəhərində isə yanğın Yeni Gəncə qəsəbəsində vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: