29 Sentyabr 2021 14:16
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda azyaşlı oğlunu boğaraq öldürməkdə təqsirli bilinən Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Teleqraf.com xəbər verir ki, Vüsal Əliyevin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 12-ə təyin olunub.

İttiham görə, bu ilin mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Vüsal Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər