Bakının Suraxanı rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə noyabrın 13-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Minə Süleymanova, oğlu Övlad və onun arvadı Həbibi dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, Gəncə şəhəri sakini Mehriban Babayeva dəm qazından zəhərlənib.
Hacı Zeynalov