14 Noyabr 2014 13:47
534

İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik maddələr aşkar edilib.

Bu baraədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Həsənov Asəf Məmmədağa oğlu piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən Sərnişin şöbəsində gömrük nəzarətindən keçib. Gömrük əməkdaşları tərəfindən qüvvədə olan gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun ayağına geydiyi idman ayaqqabısının içliyində, cəmi iki ədəd salafan bağlamalarda, gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 201.27 qram narkotik vasitə heroin, xalis çəkisi 1.719 qram olan psixotrop maddə metamfetamin və bir ədəd əl yükünün içərisindən, 4 ədəd meyvə şirəsi paketlərindən təsiredici maddəsinin miqdarı 0.65 qram olan narkotik vasitə metadon aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Naibə


Müəllif:
Загрузка...